Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq açır

Rusiya Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açır. 

Azpost.info bildirir ki, bu barədə TASS-a Rusiyanın yunan Kiprindəki səfirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya səfirliyi tezliklə adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq.

Söhbət Rusiya hakimiyyətinin Şimali Kipr Cümhuriyytində yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. Diplomat bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.

Bəzi hesablamalara görə, hazırda Şimali Kipr Cümhriyyətində 50 mindən çox rus yaşayır.

Xatırladaq ki, Şimali Kipr 1974-cü ildən müstəqilliyini elan edib.

Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlu Rusiyanın adanın şimalında konsulluq xidmətləri göstərməyə başlayacağı xəbərinə münasibət bildirib. O, “TRT Haber” telekanalına bildirib ki, artıq bir ildir ki, bu məsələ gündəmdədir: “Bu, Rusiyanın Şimali Kipr Türk Respublikasını tanıması kimi şərh edilməməlidir”.

Əvvəlki məqalə

Saatlıda 4 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

“Neftçi” – “Beşiktaş” matçı “Haber Global”da canlı yayımlanacaq