Rusiya şirkəti Avropadakı biznesini 1 avroya satıb- Sanksiyalara görə

Rusiyanın “Segezha Group” holdinqi Avropadakı törəmə şirkəti “Segezha Packaging”i 1 avroya satıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin prezidenti Mixail Şamolin bildirib.

Aktivlərin yeni sahibinin kim olduğu açıqlanmır.

Şamolin qeyd edib ki, sövdələşmə təxminən bir avro ilə başa çatıb, lakin “Segezha Packaging” 100 milyon avroluq borcla qalıb.

Holdinq rəhbərinin sözlərinə görə, biznesi satmaq onun fəaliyyətini davam etdirmək üçün yeganə seçimdir.

Rusiya ağac sənayesi nəhənginin Avropa “törəməsinin” satışı martın sonunda məlum olmuşdu, lakin o zaman əməliyyatın məbləği açıqlanmadı. Şamolin belə bir qərarın işin qarşısını alan sanksiyalara görə verildiyini qeyd edib.

“Segezha Group” kağız qablaşdırma istehsalı ilə məşğul olan yeddi fabrikə sahibdir. Sanksiya məhdudiyyətlərinə görə şirkət fabrikləri kağızla təmin edə bilmədi və müəssisənin rus sahibinə görə müştərilər hazır məhsul almağı dayandırdılar.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın ötən il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Sonrakı məqalə

İrandan Azərbaycana külli miqdarda narkotik gətirən dəstənin üzvləri saxlanılıb