Rusiya şirkətləri Qarabağ üçün layihələr təqdim edib

Rusiya şirkətləri Qarabağın işğaldan azad edilmiş rayonları və Zəngəzurun şərqində həyata keçirilməsi üçün 17 layihə təqdim ediblər.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Cəbrayıl rayonunda yerləşən sənaye parkında “KamAZ” servis mərkəzinin tikintisi davam etdirilir.

“İşlərin bu ilin iyun ayına kimi başa çatdırılması nəzərdə tutulub”,- deyə Şahin Mustafayev qeyd edib. (APA)

Əvvəlki məqalə

Şuşada tikintiyə dair tələblər sərtləşdirilir

Sonrakı məqalə

Polşa “Qazprom”a və rusiyalı oliqarxlara sanksiya tətbiq etdi –