Rusiya son beş ildə 50 min elmi işçisini itirib- Elmlər Akademiyasının vitse-prezidenti

“Rusiya son beş ildə 50 min elmi işçisini itirib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Valentin Parmon bildirib.

“Son beş ildə Rusiyadan başqa heç bir ölkə elmi sahədə bu qədər işçi itirməyib”, – Parmon deyib.

Onun sözlərinə görə, ölkə texnoloji suverenliyə nail olmağa kömək edə bilən və yüksək texnologiyalar üzərində işləyənləri əldən buraxıb.

“Bacarıqlı insanları elmə yenidən cəlb etmək və texnoloji cəhətdən inkişaf etmiş ölkələrin ən azı orta səviyyəsinə çatmaq üçün dövlət tədqiqatlar üçün maliyyəni təxminən üç dəfə artırmalı olacaq”, – Akademiya yetkilisi bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Şəfiqə Məmmədova ilə münasibətimiz lap yaxşıdır”

Sonrakı məqalə

Səhhətimlə bağlı hər şey qaydasındadır –