“Rusiya SSRİ dövründə Litvaya bağışlanmış Vilnüsü geri ala bilər”- Dumanın deputatı

“Rusiya SSRİ dövründə Litvaya bağışlanmış Vilnüs diyarını geri ala bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Andrey Kolesnik bildirib.

Kolesnikin fikrincə, ərazinin qaytarılması məsələsi Litvanın Rusiyaya mənfi münasibəti səbəbindən gündəmə gələ bilər.

“Litva bir ölkə olaraq ümumiyyətlə, mövcud deyil. Onların heç nəyi yoxdur. Ordu yox, minerallar yox… Mövcud olan yeganə şey Vilnüs bölgəsidir. Bu da onlara Sovet İttifaqı tərəfindən bağışlanıb. Vilnüs diyarı təzminat üçün SSRİ-nin tərkibinə daxil olub. Onun Litvaya verilməsi ilə bağlı heç bir sənəd yox idi və İttifaqın dağılmasından sonra Rusiya bu ərazini özü üçün ala bilərdi. Lakin axmaqlıqdan bunu etmədi”, – deputat bildirib.

O, qarşı tərəfin Rusiyaya münasibətinə görə bu məsələni bir daha qaldıracaqlarını deyib: “Litva, Latviya, Estoniya və Finlandiya həmişə Rusiya ərazisinin bir hissəsi olub. Görünür, onlar yenidən bölüşdürülməsini gözləyirlər”.

Azpost.info

Əvvəlki məqalə

Yeni binalardan mənzillər yalnız nağdsız ödənişlə alına bilinəcək

Sonrakı məqalə

Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü formatında iclası keçiriləcək