“Rusiya Ukraynada sülh üçün öz şərtlərini diktə etsə, Qərbin sanksiyaları ləğv edilməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Rusiya sülh sazişinin şərtlərini diktə etməyə çalışarsa, heç bir sanksiya ləğv edilməyəcək”, – Şolts bildirib.
Kansler əlavə edib ki, Almaniya və onun müttəfiqləri potensial sülh nizamlanmasının bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini qorumaq üçün razılaşmalar əldə etmək niyyətindədirlər: “Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiya öz qoşunlarını bu ölkədən çıxarmalıdır”.
Şolts əlavə edib ki, Moskvaya nüvə silahı ilə bağlı ritorikanın ehtiyatsız və məsuliyyətsiz addım olduğunu başa düşməsi izah edilib.
Azpost.info