“Rusiya sülhməramlılara qarşı qınaqlarla heç vaxt razılaşmayacaq”- Kreml Paşinyana cavab verdi

Rusiya Qarabağdakı sülhməramlılara qarşı qınaqlarla heç vaxt razılaşmayacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Məsuliyyəti Rusiya tərəfinin və ya xüsusən, öz funksiyalarını yerinə yetirərkən həqiqi qəhrəmanlıq göstərən Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmırıq”, – Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

Paşinyan bildirib ki, sülhməramlılar Bakının Qarabağdakı fəaliyyətini hələ başlamamış dayandıra bilərdilər.

Azpost.info

Əvvəlki məqalə

Məktəblini döyən icra başçısının sabiq müavini uşaq evinə direktor təyin olunub

Sonrakı məqalə

Yaxınları Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama veriblər