Rusiya “taxıl sazişi”nə qayıdacaq?- Peskovdan AÇIQLAMA

“Rusiya tərəfi dəfələrlə taxıl sövdələşməsinə qayıtmağa hazır olduğunu bildirib. Bir şətlə ki, onun maraqları təmin edilsin”.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın BMT-dəki səfirinin Moskvanın sazişi müzakirə etməyə hazır olması barədə bəyanatını belə şərh edib.

“Rusiya nəinki danışıqlara, həm də sövdələşmənin özünə qayıtmağa hazırdır. Və bunu dərhal etməyə hazırdır. Sadəcə, sövdələşmədə Rusiyaya aid olan hissə həyata keçirilməlidir. Bildiyiniz kimi, bu, indiyədək edilməyib”, – Peskov bildirib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Rusiyanın “taxıl sazişi” üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreş Rusiyanı sazişə qaytarmaq üçün səy göstərir.

Azpost.info

Əvvəlki məqalə

Putinlə Ərdoğan son 5 həftədə ilk dəfə telefonla danışdılar

Sonrakı məqalə

Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə yeni ofisini açdı