““Taxıl sazişi”nin uzadılması üçün heç bir əsas yoxdur”.
Bunu barədə Rusiya Xarici İşlər Nazirliyinin İstanbul razılaşması ilə yaydığı bəyanatda bildirilib.
“Qərbin hazırkı mövqeyi və BMT-nin susqunluğu onu göstərir ki, iyulun 17-dən sonra taxıl sazişinin uzadılması üçün heç bir əsas yoxdur”, -deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Qeyd edək ki, taxıl sazişi sonuncu dəfə mayın 17-də iki aylıq müddətə uzadılıb. Rusiya Qərbi sazişin tələblərini yerinə yetirməməkdə ittiham edir.
Tolyatti-Odessa amonyak boru kəmərinin partladılmasından sonra isə rəsmi Moskva taxıl sazişindən çıxacağını açıqlayıb.