Rusiya telekanalı separatçı Ruben Vardanyanla müsahibəni yaymaqdan imtina edib

Rusiyanın RBK telekanalı separatçı Xankənində yaşayan, “dövlət naziri” elan edilmiş milyarder Ruben Vardanyala hazırladığı müsahibəni yaymaqdan imtina edib. 

Azpost.info bildirir ki, bu barədə R.Vardanyan telegram kanalında yazıb.

“Jurnalist İlya Doronov bu müsahibə üçün xüsusi olaraq Ermənistana gəlmişdi. Çəkiliş olmuşdu və və RBK anons da vermişdi. Amma RBK indi müsahibəni yayımlamaqdan imtina edib”.

Vardanyan imtina qərarını absurd səbəblə izah etməyə çalışıb. Guya sosial şəbəkələrdə azərbaycanlılar İlya Doronovu hədələyiblər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Avropa ittifaqının rəsmi nümayəndəsini qəbul edərkən Xankəndində yaşayan və özünü “dövlət naziri” kimi təqdim edən milyarder Vardanyanı Qarabağa “Moskvanın gündəliyi ilə gəldiyini” bəyan edib və onunla hər hansı danışıqlar aparılmayacağını bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“ABŞ Zelenskini ​​danışıqlar masasına itələmir, buna yalnız özü qərar verə bilər”

Sonrakı məqalə

Brüs Li nədən ölüb? –