“Rusiya Türkiyəyə hər zaman dostluq əlini uzatmağa hazırdır”- PUTİN

“Rusiya Türkiyəyə hər zaman dostluq əlini uzatmağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Türkiyənin Akkuyu AES üçün nüvə yanacağının partiyasının təhvil verilməsi mərasimində videobağlantı vasitəsilə deyib.

“Biz həmişə türk tərəfdaşlarımıza dostluq əlini uzatmağa hazırıq”, – Putin bildirib.

O, Rusiya və Türkiyənin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu da qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Pərviz Həşimli Avropa Şurasının komissarı Dunya Miyatoviçlə görüşüb

Sonrakı məqalə

12 il əvvəl prorektoru öldürməkdə şübhəli bilinən şəxs həbs olunub