Rusiya Xəzər üzərindən Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsinə razılıq verməyəcək.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü, senator Aleksandr Başkin “Həştərxan xəbərləri” portalına Türkmənistanda Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin keçirdiyi sammiti şərh edərkən deyib.
Senatorun sözlərinə görə, Avropanın enerji təminatının pisləşməsi ilə bağlı yenidən Türkmənistandan Bakıya transxəzər qaz kəmərinin çəkilməsinin perspektivləri müzakirə olunur. Oradan da Türkiyə vasitəsilə Avropaya nəqli nəzərdə tutulur.
“Bəzi qərb ekspertləri əllərini bir-birinə sürtərək sevinclə bəyan edirlər ki, bu Avropanın rus qazından asılılığını azad etmək üçün bir açardır. Hesab edirəm ki, bu ekspertlər nahaq yerə vaxtlarını və enerjilərini itirirlər. Beş dövlətin imzaladığı Xəzərin statusu haqqında sənədə görə, ekoloji təhlükəsizlik üçün həssas olan sahələrdə layihələrin reallaşdırılmasına bütün beş xəzəryanı ölkələr öz razılığını verməlidir. Rusiya bu tikintiyə icazə verə bilməz”-deyə senator vurğulayıb.
Başkin bildirib ki, bundan başqa bu Avrasiya qitəsində qazın paylanma sxemində dəyişiklik bütün qaz bazarında balansın və qiymət əmələgətirmənin ziddir: “Türkmənistan öz iqtisadi maraqları üçün narahat olmaya bilər. Bizə dost ölkə olan Türkmənistanın istehsal etdiyi bütün həcmdə olan qazı tam olaraq Çin, Hindistan və Rusiya qəbul etməyə hazırdır”.