“Rusiya uduzur və bizim qələbəmiz dünyanı dəyişəcək”- ZELENSKİ Britaniya parlamentində (VİDEO)

“Rusiya müharibəni uduzur və bizim qələbəmiz dünyanı dəyişəcək”.

Azpost.info xəbər verir ki, bunu Prezident Vladimir Zelenski Britaniya parlamentində çıxışı zamanı deyib.

“Biz həmişə şərə qalib gələcəyik. Bu, bizim və sizin adət-ənənələrimizin əsasıdır. Köhnə şər məğlub olan kimi yenisi başını qaldırmağa çalışır… Amma biz bilirik ki, azadlıq qalib gələcək…”, – Zelenski deyib və bu sözləri alqışlarla qarşılanıb.

O əlavə edib ki, qələbə dünyanı dəyişəcək və bu, dünyanın çoxdan ehtiyac duyduğu dəyişiklik olacaq: “Britaniya bizimlə birlikdə həyatımızın ən böyük qələbəsinə doğru gedir. Bu, elə müharibə ideyası üzərində qələbə olacaq. Qələbədən sonra istənilən təcavüzkar beynəlxalq nizama hücum anında onu nə gözlədiyini biləcək”, – Ukrayna prezidenti əlavə edib.

Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin ilk günlərindən Ukraynaya güclü yardım göstərdiyinə görə Böyük Britaniyaya təşəkkür edib. O, çıxışında azad dünyanı Ukraynanın ətrafında birləşdirən Britaniyanın keçmiş Baş naziri Boris Consonu da xatırlayıb.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsi zəruridir”