“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər”- Ağ EV

“Vaşinqton Rusiyanın Ukraynaya qarşı müharibədə kimyəvi silahdan istifadə etməsi ehtimalını ciddi qəbul edir”.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” Ağ Evin bir neçə nümayəndəsinə istinadən məlumat yayıb.

Bayden administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından daha çox kimyəvi silaha müraciət edə bilər, ona görə də ABŞ müttəfiqləri ilə belə ssenariyə hazırlaşmağın zəruriliyini müzakirə edir.

“Politico” yazır ki, Pentaqonun Rusiya hərbçilərinin birbaşa kimyəvi hücumlar hazırlaması ilə bağlı məlumatı yoxdur.

Azpost.info

Əvvəlki məqalə

MEDİA “E-Köşk” rəqəmsal yayım platformasının təqdimatını keçirib

Sonrakı məqalə

Prezident Moldova və Liviya səfirlərinin etimadnaməsini qəbul edib