Rusiya Ukraynada müharibəni dayandırmaq üçün şərtlərini açıqlayıb

“Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməsi və neytral statusuna qayıtması sülhə nail olmaq üçün şərtlərdən biridir”.

Azpost.info bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiyanın Ukrayna ilə bağlı münaqişənin nizamlanmasına yanaşmaları dəyişməzdir: Bu, “Donbas sakinlərinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiyanın təhlükəsizliyinə olan təhdidlərin aradan qaldırılmasıdır”.

“Biz əminik ki, həll yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür”.

Qaluzin vurğulayıb ki, hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna öz dövlət suverenliyi haqqında 1990-cı il bəyannaməsində qeyd olunan  bloklara qoşulmama statusuna qayıtmalı və NATO və Aİ-yə qoşulmaqdan imtina etməlidir. “Xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranmış yeni ərazi reallıqları tanınmalıdır”.

Xarici işlər nazirinin müavini əlavə edib ki, nizamlanmanın mühüm elementi rusdilli vətəndaşların və milli azlıqların hüquqlarının müdafiəsidir. “Qanunvericilik səviyyəsində rus dilinin dövlət statusu müəyyən edilməlidir. Ukraynada əsas insan hüquqlarına, o cümlədən dini etiqad azadlığı hüququna əməl olunmasına nail olmaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Xalq şairi Səməd Vurğunun vəfatından 67 il ötür

Sonrakı məqalə

İnsanlar üzərində dəhşətli təcrübələr aparılan laboratoriya tapıldı –