Rusiya Ukraynadakı müharibədə xeyli zabitini itirib –Britaniya kəşfiyyat xidməti

Rusiya Ukraynadakı müharibə nəticəsində orta və kiçik rütbəli zabitləri arasında böyük itkilər verib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya ordusunun aşağı rütbəli zabitləri yüksək peşəkarlığa malik kiçik komandirlərin (gizirlər və çavuşlar) çatışmazlığı səbəbi ilə ən aşağı səviyyəli taktiki fəaliyyətlərə rəhbərlik etməli olurlar.

Vurğulanıb ki, Rusiya ordusunun peşəkar zabitlərinin gənc nəslinin böyük hissəsinin itirilməsi ordunun komanda və idarəetməsinin müasirləşdirilməsi ilə bağlı davam edən problemləri daha da ağırlaşdıracaq.

Məlumata əlavə olunub ki, Ukraynada salamat qalan bölmələrdən yenidən təşkil edilmiş batalyon taktiki qrupların kiçik komandirlərinin olmaması səbəbindən onların daha az effektiv olacağı ehtimal edilir.

Bildirilib ki, Rusiyanın Ukraynadakı qüvvələri arasında bəzi lokallaşdırılmış qiyamların olması ilə bağlı bəzi etibarlı məlumatlar var. Təcrübəli, etibarlı tağım və bölük komandirlərinin çatışmazlığı ehtimal ki, mənəvi-psixoloji vəziyyətin daha da pisləşməsi, nizamsızlığın davam etməsi ilə nəticələnəcək.

Əvvəlki məqalə

Bakıda 20 ton un aparan TIR yandı –

Sonrakı məqalə

Fransa səfiri Füzulidə minaya düşən fermerlə bağlı paylaşım edib