Rusiya və Türkiyə milli valyutalara keçidi müzakirə edir

Türkiyə və Rusiya qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid sahələrinin genişləndirilməsi ilə bağlı fəal müzakirələrə başlayıblar. 

Azpost.info bildirir ki, bu barədə RİA Novosti-yə Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, prosesin asan olmayacağı bəlli olsa da, lakin tərəflərin siyasi iradəsi var. Bu, ən yüksək səviyyədə bəyan edilib.

Putin sentyabrın əvvəlində türkiyəli həmkarı Ərdoğanla danışıqlardan sonra bəyan edib ki, Rusiya ilə Türkiyə arasında ödənişlərdə milli valyutalardan istifadə tendensiyası var, dollar və avro ilə ödənişlərin payı azalır.

Ərdoğan öz növbəsində ikitərəfli əməkdaşlıqda milli valyutalara keçidin vacibliyini bəyan edib.

Türk biznesi Rusiya e-ticarət şirkətləri vasitəsilə rublla ödənişlə ticarət əməliyyatlarını artırır. Bu ilin yeddi ayı ərzində 428,8 milyon dollarlıq ixrac rublla ödənilib.

“Hazırda biz rusiyalı tərəfdaşlarımızla milli valyutalara keçə biləcəyimiz sahələri fəal şəkildə müzakirə edirik. Bilirsiniz ki, proses enerji sektorundan, qaz alışı ilə bağlı qarşılıqlı fəaliyyətimizdən başlayıb. İki ölkə arasında iqtisadi əlaqələr bütün sahələrdə inkişaf edir.  Proses asan olmayacaq, amma əsas odur ki, siyasi iradə və konkret vəzifələr var”, – agentliyin həmsöhbəti bildirib.

“Aydınlık” qəzetinin məlumatına görə, bu ilin ilk 8 ayında Rusiyaya ixracın ümumi həcmi 7 milyard 465 milyon dollar təşkil edib. Həmin dövrdə Rusiyadan idxal 31,804 milyard dollara çatıb. Rusiya Türkiyənin ən çox xarici ticarət həcminə malik olduğu üç ölkədən biridir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk 7 ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında Rusiya birinci yeri tutub. Nəşrin yazdığı kimi, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya gələnlərin sayı 59,22% artaraq 3,498 milyon nəfər təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

Kreml Ermənistanda dövlət çevrilişi hazırlayır?

Sonrakı məqalə

“Qərblə Kiyev arasında döyüş taktikası ilə bağlı fikir ayrılığı var”