Rusiya və Türkiyə yay mövsümündə ölkələr arasında hava yolu ilə daşımaların həcmini artırmaq barədə razılığa gəlib.
Azpost.info xəbər verir ki, razılaşmaya əsasən, həftəlik uçuşların ümumi sayı 1300-ü keçəcək.
Rusiya aviasiya orqanları marşrutların sayının 49-a yüksəlməsini nəzərə alaraq həftədə 720 uçuş həyata keçirməyə razılıq verib. Türkiyə daşıyıcıları isə öz növbəsində həftəlik marşrutların sayını 37-yə qaldıracaq və 629 uçuş həyata keçirəcək.
“Rusiya aviasiya orqanları türk aviaşirkətlərinin əlavə uçuşlar üçün müraciətlərini təsdiqləyib. İndi Rusiya aviaşirkətləri həftədə 62 marşrut üzrə 720-dən çox uçuş həyata keçirməyi planlaşdırır”, – Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.
Azpost.info