“Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarına qayıtmaq lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Akar İstanbul danışıqlarının ilk raundunun yazda keçirildiyini xatırladıb.
“NATO-nun bütün tədbirlərinə və siyasətinə sadiq qalan Türkiyə Ukraynadakı münaqişənin ilk günlərindən diplomatik təşəbbüslər irəli sürüb. Biz həmişə diplomatik həllin tərəfdarı olmuşuq. Tərəflərin görüşdüyü İstanbulda başlayan prosesi davam etdirmək niyyətindəyik”, – nazir bildirib.
Akar Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini bir daha təsdiqləyib: “Bu baxımdan biz Ukrayna xalqının və onun prezidenti Vladimir Zelenskinin qərarlarına hörmətlə yanaşırıq”.
Azpost.info