“Rusiya və ABŞ Polşada toqquşmadan qaça bildilər”- “The Wall Street Journal”

“Rusiya və ABŞ Polşadakı raket insidenti fonunda eskalasiyadan qaça bildilər”.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, raketin partlaması Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilərdi, lakin tərəflər dönüş etməyə nail olublar.

Yazı müəlliflərinin fikrincə, raket böyük ehtimalla, Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən buraxılıb.

O da qeyd edilir ki, Rusiya və NATO döyüşlərin Ukraynanın qərbindəki ərazilərə yayılmasını istəmir.

Azpost.info

Əvvəlki məqalə

“Daha yaxşı variantlar var”

Sonrakı məqalə

““Taxıl sazişi” daha 120 gün müddətinə uzadıldı”