Rusiya və Türkiyə prezidentləri görüşəcək- Nələri müzakirə edəcəklər?

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev deyib.

“Hansı məsələlərin müzakirə olanacağını söyləmək hələ tezdir. Əlbəttə ki, ikitərəfli əməkdaşlıq və digər ən vacib məsələ, Suriyadakı vəziyyət, bununla bağlı qarşılıqlı fəaliyyət və koordinasiya məsələləri müzakirə olunacaq”, – deyə o bildirib.

A.Lavrentiyev əlavə edib ki, görüşdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılır.

Qeyd edək ki yanvarın 8-da Rusiya və Türkiyə prezidentləri İstanbulda görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan iqtisadiyyatına indiyədək 270 milyard dollar investisiya yatırılıb”

Sonrakı məqalə

ABŞ gələn il üçün neft qiymətləri proqnozunu yeniləyib