Rusiya Maliyyə Nazirliyi ölkənin xaricdəki əmlaklarının ayrıca reyestrinin yaradılmasını və onun dövlət sirri haqqında qanuna uyğun olaraq təsnif edilməsini təklif edib.
Azpost.info xəbər verir ki, bu, normativ hüquqi aktlar portalında dərc olunan layihədən məlum olur.
“Reyestrdə qeyd olunan federal əmlak haqqında məlumat məxfiləşdirildiyi təqdirdə, bu barədə bütün məlumatlar və bu məlumatları təsdiq edən sənədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik tərəfindən reyestrdən çıxarılmalı və həmin əmlakın sahibinə qaytarılmalıdır”, – sənəddə qeyd olunur.
Maliyyə Nazirliyinin təklifinə əsasən, Federal Agentlik xarici əmlakın səmərəli istifadəsi və qorunması ilə bağlı yoxlamalar aparmalı olacaq. Eyni zamanda, yoxlamalar həm planlı, həm də plansız ola bilər. Sonuncunu prezident, hökumət və ya Maliyyə Nazirliyini elan edə biləcək.
“Milli təhlükəsizlik məqsədləri üçün, o cümlədən bir sıra ölkələrin qeyri-dost siyasəti ilə əlaqədar olaraq, xaricdə yerləşən federal mülkiyyət haqqında məlumatlar Federal Əmlakın İdarə Edilməsi Agentliyinin saytında internetdə yerləşdirilmir, eyni səbəblərə görə, KİV-in tələbi ilə bu məlumatların verilməsi arzuolunmazdır”, – məlumatda deyilir.
Beləliklə, Rusiyanın xarici mülkiyyətinə dair məlumatlar de-fakto məxfiləşdirib. Rusiya torpaqlarının və xaricdəki daşınmaz əmlakın siyahısı vətəndaşlar və jurnalistlər üçün əlçatmaz olur.
2012-ci ildə xarici dövlət əmlakının axtarışı ilə bağlı büdcə xərclərini yoxlayan Hesablama Palatasının məlumatına görə, həmin dövrdə reyestrdə ölkə xaricində 973 obyekt, o cümlədən 166 torpaq sahəsi, 807 tikili olub.
Azpost.info