Rusiya xaricdən gətirilən silahların saxlandığı anqarları vurmağa başlayıb

Rusiya Silahlı Qüvvələri Odessada xarici silahların olduğu anqarları “Oniks” qanadlı raketləri ilə məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Yüksək dəqiqlikli “Oniks” raketləri ilə Odessa vilayətində hərbi aerodromdakı xarici silahların çatdırıldığı logistika mərkəzinə zərbə endirilib. Nəticədə “Bayraktar TB-2” pilotsuz uçuş aparatları olan anqarlar, həmçinin ABŞ və Avropa ölkələrindən alınan raket silahları və sursatlar məhv edilib.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Berezovka, Xarkov vilayətində Borşçeva və Çerneşçina, Xerson vilayətində Barvinok və Donetskin Mixaylovka yaşayış məntəqələrinin ərazilərində ötən gecə ərzində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, gecə saatlarında Ukraynaya məxsus bir “Toçka-U” raketi və iki “Smerç” reaktiv yaylım atəşi sistemi vurulub. Artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin 54 artilleriya atəşi mövqeyini, 38 dayaq məntəqəsini, həmçinin canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 195 ərazini vurub. Nəticədə 230-a qədər millətçi və 52 ədəd silah və hərbi texnika məhv edilib”, – Rusiya MN sözçüsü qeyd edib.

Əvvəlki məqalə

1985-ci ildə Təzə Pirdə namaz qılan sovet azərbaycanlıları –

Sonrakı məqalə

“Sülh Zelenskinin sonu deməkdir” –