Rusiya XİN ABŞ prezidentinin müşavirinə etiraz edib

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivanın bəyanatları ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinə etiraz edib.

Azpost.info bildirir ki, bu barədə XİN-in açıqlamasında deyilir. Sallivan rəsmi Kiyevin Rusiya Federasiyası ərazilərinə zərbə endirmək bəyanatlarıı dəstəkləyən açıqlama verib.

“Mayın 26-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Amerikanın yüksək rütbəli diplomatına ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Sallivanın bəyanatlarına kəskin etiraz edilib”.

XİN bildirib ki, Krım və Belqorod vilayətləri də daxil olmaqla Rusiya ərazilərinə zərbə endirməklə bağlı rəsmi Kiyevi dəstəkləyən bu bəyanat yolverilməzdir.

XİN qeyd edib ki, Vaşinqtonun Kiyevin Rusiya ərazisinə hücumlarına mane olması ilə bağlı təminatları ikiüzlü və yalandır. Subutlar göstərir ki, Pentaqonun Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün göndərdiyi silah və texnika  terror aktlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə edilir.

XİN həmçinin bildiririb ki, ABŞ-ın düşmənçilik hərəkətləri Rusiya ilə münasibətləri gözlənilməz nəticələrlə dolu təhlükəli böhrana gətirib çıxarıb.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi”ndə bəraət almış üç nəfərə 361 min manat təzminat ödəniləcək

Sonrakı məqalə

Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib