Rusiya XİN-dən Zəngəzura gəlmiş avropalı patrullarla bağlı qəzəbli açıqlama –"Sabitlik Üçtrəfəli Bəyanatdır"

Rusiyanı regiondan sıxışdırmağa çalışırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova adından qurumun rəsmi internet səhifəsində avropalı müşahidəçilərin yeni missiyası ilə bağlı açıqlamada bildirilib.

Qeyd olunub ki,Avropa İttifaqı və Qərb hər vasitə ilə Rusiyanın müttəfiqi Ermənistanda möhkəmlənmək istəyir.

“Qərb Moskvanın təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətməyə çalışır. Avropa İttifaqının regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil. Brüssel bu sahədə uğurları ilə öyünə bilməz.

Yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış kompleks razılaşmadır. Onların həyata keçirilməsi regionda vəziyyəti sağlamlaşdırmaq üçün birbaşa yoldur. Rusiya buna hər cür töhfə verməyə hazırdır”, – deyə Rusiya XİN-in sözçüsünün açıqlamasında qeyd olunub. (APA)

Əvvəlki məqalə

Daha 6 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Sonrakı məqalə

Hatayda 6,4 və 5,8 bal gücündə iki zəlzələ oldu