Rusiya XİN KTMT missiyanın Ermənistana qaytarılmasını təklif edir- AÇIQLAMA

KTMT missiyası Azərbaycanla sərhəddə vəziyyətin monitorinqini davam etdirmək üçün Ermənistanın sərhədyanı rayonlarına qayıda bilər.

Azpost.info xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan.

O, Moskvanın İrəvanın cavabını gözlədiyini, təklif təsdiqlənərsə, KTMT missiyasının Ermənistana göndəriləcəyini bildirib.

“Biz hələ də İrəvandan müsbət cavab gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT monitorinq missiyasının yerləşdirilməsi təklifi, eləcə də müttəfiqimizə kömək üçün digər birgə tədbirlərlə bağlı əsaslı işi bərpa etməyə hazırıq”, – Ağasandyan bildirib.

O qeyd edib ki, KTMT-yə daxil olan dövlətlər regionda vəziyyətin sabitləşdirilməsində müttəfiqlərin köməyindən heç vaxt imtina etməyiblər.

“Ermənistan təşkilatın ən geniş imkanlarından istifadə edə bilər. Rusiya tərəfi konstruktiv işə hazırdır, diplomat vurğulayıb”, – XİN rəsmisi əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Avqustun 7-dən şagird yerdəyişməsinə start veriləcək

Sonrakı məqalə

Türkiyədəki kurortda minalara görə bağlanan çimərliklər açılıb