Rusiya XİN Polşanı üzr istəməyə çağırıb

“Polşa hakimiyyəti ölkə ərazisinə raket buraxılması ittihamlarına görə üzr istəməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Teleqram” kanalında yazıb.

“Polşa prezidenti Anjey Duda Rusiya qoşunlarının ərazilərin atəşə tutulmasında iştirakını sübut edə bilməyib. Polşa prezidenti raketin düşməsini “qəza” adlandırıb. Halbuki bir sıra qurumlar baş verənlərə görə Rusiyanı ittiham etmişdilər. Dünən biz Polşa rəsmilərinin və siyasətçilərinin isterik açıqlamalarını dinlədik. Rusiyaya qarşı hücuma keçən və gecəyarısı səfir Andreyevə zəng vuran Polşa yetkililəri üzr istəmək istəmirlər?”, – Zaxarova qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

NATO Polşadakı raket insidenti ilə bağlı ilkin rəyini

Sonrakı məqalə

Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib –