Ukrayna Təhlükəsizlik Xidməti RT-nin baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçakı peşə fəaliyyətlərinə görə öldürtmək istəyib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Kiyev rejimi bir daha terrorçu mahiyyətini nümayiş etdirib.
“Bu, Qərb kuratorları tərəfindən himayə olunan Kiyev rejiminin rusiyalı mülki şəxslərə qarşı təşkil etdiyi növbəti terror aktıdır. Hazırda hüquq-mühafizə orqanları bütün təfərrüatları araşdırır, lakin artıq bəllidir ki, uğursuz sui-qəsdin səbəbi rusiyalı jurnalistlərin peşə fəaliyyəti olub”, – Zaxarova deyib.
Azpost.info