Rusiya Yaponiyanın Baş nazirinə və hökumət rəsmilərinə sanksiya tətbiq etdi –ADLAR

Rusiya hökuməti 63 Yaponiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu tədbir görünməmiş anti-Rusiya kampaniyasına və qəbuledilməz ritorikaya cavabdır. Nazirlik bildirib ki, Tokio yaxşı qonşuluq əlaqələrini dağıtmağa, Rusiya iqtisadiyyatına və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlmiş addımlar atır.

“Qara siyahıya” Yaponiyanın baş naziri Fumio Kişida, xarici işlər naziri Yoşimasa Hayaşi, maliyyə naziri Şuniçi Suzuki, müdafiə naziri Nobuo Kişi və ədliyyə naziri Yoşihisa Furukava da daxil edilib. Sanksiyalar həmçinin Yaponiya parlamentinin hər iki palatasının üzvlərinə və böyük media qurumlarının rəhbərlərinə də şamil olunur.

Xatırladaq ki, Yaponiya Ukraynaya hərbi müdaxilə edən Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul edib. Martın əvvəlində ölkənin ali rəhbərliyinin nümayəndələri, o cümlədən prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Baş Qərargah rəisi Valeri Gerasimov Tokionun sanksiyalarına məruz qalıblar.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağı Azərbaycan tərkibində siz tanımısınız”-

Sonrakı məqalə

Tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumları təsdiqlənib – ƏMR