“Rusiya zamanla dollar və avrodan tamamilə imtina edəcək”- NOVAK

Rusiya tədarük olunan enerji resurslarının ödənişini milli valyutalara keçirməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ən populyar valyutalar rubl və yuandır. Bununla yanaşı, o qeyd edib ki, Rusiya zamanla dollar və avrodan tamamilə imtina edəcək.

“Dolların və ya avronun daha az istifadəsi baxımından tendensiya çox dəyişdi. Bu valyutalarla bağlı mövcud problemlərə görə hesablaşmalarda milli valyutalara keçirik. Burada yuana, rubla tələbat var”, – Novak qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 30 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Ölkəmizdə kino niyə qəliz məsələdir?  –