Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin miqrant əməyindən istifadəyə görə yüksək verginin tətbiqini təklif edib.
Azpost.info xəbər verir ki, onun fikrincə, bu, işəgötürənləri rusları işə götürməyə sövq edəcək.
“Mənim fikrimcə, xarici işçi qüvvəsindən istifadəyə görə yüksək vergi nəzərdə tutulmalıdır”, – Komitə rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, boşalmış iş yerlərinə iqtisadi inkişafı aşağı olan regionlardan olan ruslar cəlb olunmalıdır.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən ilin 11 ayında əcnəbi vətəndaşlar 95 mindən çox iş icazəsi alıb. Əcnəbilərdən 32,7 min nəfəri yüksəkixtisaslı, 8,8 min nəfəri isə ixtisaslı mütəxəssis kimi işə düzəlib. İl ərzində idarəyə əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərlə əmək müqaviləsinin bağlanması ilə bağlı 2 milyondan çox bildiriş daxil olub.
Azpost.info