Rusiyada alimlərin sayı tarixi minimuma enib- RƏQƏMLƏR

Son 10 ildə Rusiyada 30 yaşa qədər alimlərin sayı 25 faiz azalıb.

Azpost.info xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy bildirib.

“Rusiyada yaşı 30-a qədər olan gənc tədqiqatçıların ümumi sayı azalır. 2010-cu ildə onların sayı 71 min nəfər idisə, 2021-ci ildə 53 minə düşüb. 30-40 yaş kateqoriyasında olan elmi kadrlarla bağlı vəziyyət daha yaxşıdır: 2011-ci ildən 2021-ci ilə qədər onların sayı 37 min nəfər artıb. Ümumilikdə, onların sayı 95 mindən çoxdur. Onların 60 faizdən çoxu texniki elm sahəsində, 22,8 faizi təbiət, 5,6 faizi ictimai, 4,1 faizi isə tibb sahəsində çalışır”, – rektor bildirib.

Sadovniçiy diqqəti gənc alimlərin maddi təminatı probleminə yönəldib: “Bu gün humanitar elmlər üzrə federal universitetin aspirantları üçün təqaüdlər 3700 rubl, təbiət elmləri üzrə 8900 rubl təşkil edir. Təbii ki, aspirant seçim qarşısındadır: ya işə gedim və formal olaraq aspiranturada oxuyum, ya da pul qazanmağın yollarını axtarım. Tədqiqatlar çox məhduddur”.

2021-ci ilin sonunda Rusiyada alimlərin ümumi sayı tarixi minimuma – 340,1 min nəfərə enib. Rusiya Krımı ilhaq edəndən – 2014-cü ildən bəri ölkədə alimlərin sayı durmadan azalır. 2014-cü ildən 2021-ci ilə qədər alimlərin sayı 10,5 faiz və ya 76 min nəfər azalıb.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda daha 75 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Buraxılış imtahanında 4 nəfər ən yüksək nəticə göstərib