Rusiyada antidepresanlara tələbat kəskin artıb

Sanksiyalar və Ukraynadakı vəziyyət Rusiyada antidepresanlara tələbatın kəskin artmasına səbəb olub.

Azpost.info xəbər verir ki, fevralın 28-dən martın 6-dək bu dərmanların apteklərdə satışı 525 milyon rublu ötüb ki, bu da bir il əvvəlkindən dörd dəfə çoxdur.

Həmçinin, ruslar reseptsiz yuxu həbləri və narahatlıq əleyhinə dərmanlar almağa başlayıblar.

Səhiyyə Nazirliyindən bildiriblər ki, Rusiyada kifayət qədər dərman ehtiyatı var. Bununla belə, əhali bahalaşacağından və ya tapılmayacağından ehtiyat edərək tələbatdan əlavə dərman alır. Yerli həkimlər xəbərdarlıq edir ki, ruslar gələcək üçün dərman almamalıdırlar. Çünki onların yararlılıq müddəti məhduddur.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

PayPal ödəniş sistemi ölkəmizdə niyə işləmir? –

Sonrakı məqalə

Prokuror Biləsuvarın sabiq icra başçısına 12 il həbs cəzası tələb edib