Sanksiyalar və Ukraynadakı müharibə fonunda Rusiyada beynəlxalq uçuşların qiymətləri 2023-cü ilin sonuna kimi 40 faiz arta bilər.
Azpost.info xəbər verir ki, bunu “Vnukovo” Hava Limanının və “Azimut” Hava Yollarının sahiblərindən olan Vitali Vantsev bildirib.
“Düşünürəm ki, daxili reyslərdə təxminən 15-20 beynəlxalq reyslərdə isə 40 faizə qədər artım olacaq. Amma buna elə yanaşmağa ehtiyac yoxdur ki, aviaşirkətlər vəziyyətdən sui-istifadə edirlər. Kənardan bu, belə görünə bilər, amma əslində hər şey fərqlidir”, – Vantsev deyib.
Onun sözlərinə görə, aviaşirkətlərin xərcləri əhəmiyyətli dərəcədə artıb və təhlükəsizlik əsas prioritet olaraq qalır: “Bütün bunlar pul hesabına başa gəlir”.
Vantsev əlavə edib ki, şirkətlərin işlədiyi anbarlarda bir illik ehtiyat hissələri qalıb. Rusiyaya təyyarə və ehtiyat hissələrinin tədarükünü qadağan edən sanksiyalar səbəbindən bir il sonra komponentlər yeni şərtlərlə alınmalı olacaq.
Azpost.info