Rusiyada azərbaycanlı biznesmen vəfat edib –FOTO

Rusiyada yaşayan azərbaycanlı iş adamı İsmayıl Süleyman oğlu Süleymanov 56 yaşında vəfat edib.
İ.Süleymanov 1994-cü ildə Tümen vilayətinə köçüb və “Siqma” şirkətlər qrupunda işləməyə başlayıb.
2002-ci ildən o, “Siqma-KTV” müəssisəsinin rəhbəri olub.
İsmayıl Süleymanov Novıy Urenqoy şəhərində yeni media texnologiyalarının, televiziya yayımının yeni standartlarının tətbiqində böyük rol oynayıb. Bir sıra sosial layihələrin müəllifi, xeyriyyə hərəkatlarının iştirakçısı olub.
Yerli əhali arasında böyük nüfuza malik olan iş adamı bu gün, may ayıın 17-də dünyasını dəyişib.
Əvvəlki məqalə

“Azovstal”da 265 hərbçi silahı yerə qoyub –

Sonrakı məqalə

Rusiyada internetin bağlanması ehtimalı varmı? –