Rusiyada bu deputat və senatorların ölkədən çıxışına qadağa qoyulacaq

Rusiya Dumasının deputatlarına və Federasiya Şurasının üzvlərinə tam məxfi məlumat əldə etdikdə və ya xüsusi əhəmiyyət kəsb edən məlumatlardan xəbərdar olduqda Rusiyadan kənara çıxmaq qadağan ediləcək.

Azpost.info xəbər verir ki, Dumaya bu düzəlişləri nəzərdə tutan qanun layihəsi “Vahid Rusiya”dan olan deputat Anatoli Vıbornı tərəfindən təqdim edilib.

“Vedomosti”nin yazdığına görə, Rusiyadan getmək və ölkəyə gəlmək qaydalarının dəyişdirilməsi haqqında qanun layihəsinə və dövlət sirri haqqında qanuna əlavələrə Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də  dəstək verib.

Senatorların xaricə səfərinə məhdudiyyətlər barədə qərarı Federasiya Şurasının sədri, Dövlət Dumasının deputatlarını isə bağlı qərarı isə parlamentin aşağı palatasının sədri qəbul edəcək.

Bundan başqa, qanun layihəsi ümumi yurisdiksiyaya aid federal məhkəmələrin və federal arbitraj məhkəmələrinin hakimlərinin xaricə səfərlərini qadağan edəcək. Qərar Rusiya Hakimlər Şurasının Rəyasət Heyəti ilə razılaşdırılaraq Ali Məhkəmə yanında Məhkəmə Departamenti tərəfindən təsdiq edilən müddəa ilə əlaqədar veriləcək.

Rusiyadan çıxmaq və ölkəyə gəlmək prosedurunun dəyişdirilməsi və dövlət sirri haqqında qanun layihəsi martın ortalarında Dövlət Dumasına təqdim edilib. Təşəbbüsün müəllifləri Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarevin rəhbərlik etdiyi deputatlar qrupudur. Mayın sonunda layihə birinci oxunuşda qəbul edilib. İkinci oxunuşda təşəbbüsə iyulun 18-də baxılacaq.

Azpost.info

Əvvəlki məqalə

DİN kiçik rəis heyəti üçün gənc qadınları işə dəvət edir –

Sonrakı məqalə

Bakıda bəzi prospektlərdə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb