“Rusiyada generallar arasında qarşıdurma kəskinləşib” –Ukrayna kəşfiyyatı

“Ukraynadakı uğursuzluqlar səbəbindən Rusiyada generallar arasında qarşıdurma şiddətlənib”.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Xüsusi hərbi əməliyyatın dalana dirənməsi rus generalları arasında, o cümlədən Baş Qərargah daxilində gizli qarşıdurmanın güclənməsi üçün katalizator olub.

Baş Qərargahdakı qruplar arasında fikir ayrılıqları və gizli rəqabət müharibə başlamazdan çox əvvəl mövcud idi. Lakin son uğursuzluqlar və Rusiyadakı digər güc mərkəzlərinin uğursuzluqlara görə bütün məsuliyyəti hərbçilərin üzərinə atmaq cəhdləri qarşıdurmanın kəskinləşməsinə səbəb olub”, – kəşfiyyat xidməti qeyd edir.

Həmçinin bildirilir ki, Kremlin yaxın vaxtlarda Ukraynada müharibəyə son qoymaq niyyətindən əsər-əlamət yoxdur. Eyni zamanda, “gizli səfərbərlik” adlandırılan əməliyyatı həyata keçirmək cəhdləri davam edir: “Aktiv təbliğat-təşviqat kampaniyası aparılır, hərbi məktəblərin məzunları və kursantları döyüş bölgəsinə göndərilir. Bu yolla cəbhədə xeyli itki verən hava-desant hissələrinin tərkibi yenilənir. Xüsusilə, Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbinin iyunun 25-nə təyin olunmuş buraxılışından məzunların əksəriyyətinin dərhal Ukrayna ərazisindəki əməliyyat bölgələrinə göndərilməsi planlaşdırılır”.

Azpost.info

Əvvəlki məqalə

Səfa Mirzəyev ordenlə təltif edilib –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 13 nəfər COVID-19-a yoluxub