Rusiyada hərbi əməliyyat mövzusunda kompüter oyunu yaratmaq təklif edilir

Rusiya Dumasının “Vahid Rusiya”dan olan deputatı Maksim İvanov xüsusi hərbi əməliyyatın şərtləri və vəzifələri haqqında məlumat verəcək kompüter oyununun hazırlanmasını təklif edib.

Azpost.info xəbər verir ki, deputat hesab edir ki, bundan cəbhə xəttinə əsgər hazırlamaq üçün istifadə oluna bilər.

“Donbasda hərbçilərlə görüşdüm. Onların bəzilərində artıq döyüş simulyasiyaları var. Elə şəhərlər var ki, onları azad etmək lazımdır. Bu cür texnologiyalar artıq xüsusi hərbi əməliyyat zonasında hazırlanır və tətbiq edilir. Onlar döyüşçülərin hazırlanması üçün lazımdır”, – İvanov qeyd edib.

Deputat deyir ki, vətənpərvərlik oyununun köməyi ilə Ukraynada baş verən hadisələrin mənasını gənc nəslə başa salmaq olar.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqının patrul xidməti toqquşma baş vermiş ərazidə olmayıb –

Sonrakı məqalə

MSK bu şəxsləri seçki komissiyası üzvlüyündən azad etdi