Rusiyanın Sverdlovsk vilayətində hərbi anbarlarda partlayış baş verib.
Azpost.info Rusiya KİV-lərinə istinadən bildirir ki, bu barədə regionun fövqəladə xidmətindəki mənbə deyib.
Barıt anbarlarında yaranmış partlayış təhlükəsi üzündən Pervomaysk qəsəbəsinin sakinlərini təxliyə etməyə hazırlaşırlar. Yanğın bu qəsəbəyə yaxınlaşır. “Qəsəbədə min tonluq barıt anbarının partlama təhlükəsi yaranıb”-deyə mənbə vurğulayıb.
Azpost.info