Hepatit C olan rusların böyük əksəriyyəti dövlət hesabına dərman ala bilmir.
Azpost.info xəbər verir ki, müşahidəçilərə görə, sanksiya və məhdudiyyətlər səbəbindən büdcə gəlirlərinin azalması, həmçinin müharibəyə yönələn xərclər bir sıra sahələrdə axsamalara səbəb olub.
Ümumilikdə, Rusiyada təxminən 2 milyon insan hepatitdən əziyyət çəkir, onlardan 624.000 xəstə tibb təşkilatlarında qeydiyyatdadır.
2022-ci ildə cəmi 26,3 min nəfər dərmanla təmin olunub, yəni qeydiyyatda olan xəstələrin təxminən 4 faizi və xəstələrin ümumi sayının 1 faizi.
“Rusiyada Hepatit C problemi tez bir zamanda həll edilməlidir, lakin buna kifayət qədər maliyyənin olmaması mane olur”, – Ümumrusiya Xəstələr İttifaqının həmsədri Yuri Julev bildirib. Onun sözlərinə görə, dövlət xəstələrə daha genişmiqyaslı dəstək üçün pul ayırmalıdır.
“Xəstələr bu müalicənin xərclərini ödəyə bilməzlər”, – o deyib.
Hepatit C-nin müalicəsinin qiyməti böyüklərə hər kurs üçün təxminən 400 min rubl, uşaqlara isə təxminən 242 min rubldur.
Azpost.info