Rusiyada internetin bağlanması ehtimalı varmı? –Lavrov açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkədə internetin bağlanması ehtimalından danışıb.

Azpost.info xəbər verir ki, o, bu barədə “Bilik” cəmiyyətinin təşkil etdiyi “Yeni üfüqlər” marafonunda çıxışı zamanı danışıb.

Lavrov Rusiyanın internetsiz qalmayacağını bildirib: “Sizi əmin edirəm ki, ölkə prezidentinin aydın şəkildə ifadə etdiyi vəzifələr yerinə yetiriləcək. O cümlədən siz internetsiz qalmayacaqsınız və mən sizinləyəm. Şübhə etmirəm ki, rusiyalı gənclər internetdən və digər müasir texnologiyalardan istifadə ilə bağlı məsələlərdə qabaqcıl mövqelərdə olacaqlar”.

Lavrov əlavə edib ki, Rusiya internet idarəçiliyinin demokratikləşdirilməsi ilə bağlı uzun illərdir Beynəlxalq Telekommunikasiya İttifaqında ciddi danışıqlara başlamağı təklif edir. Lakin ABŞ başda olmaqla, əksər Qərb ölkələri bu cür müzakirələrə mane olur.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada azərbaycanlı biznesmen vəfat edib –

Sonrakı məqalə

“Kiyev danışıqlar prosesindən çıxıb” –