NATO ölkələri Rusiya-İran əlaqələrinin hərbi sahədə möhkəmlənməsini müzakirə edir və Tehranı Moskvaya dəstəyi dayandırmağa çağırır.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın alyansdakı daimi nümayəndəsi Culian Smit bugünkü brifinqdə bildirib.
O, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Rusiya ilə İran arasında hərbi əlaqələrin dərinləşməsini belə şərh edib: “Bu, açıq-aydın hamımızı narahat edən vəziyyətdir. Və Alyans daxilində müzakirə mövzularından biridir. NATO hərbi əməliyyatla bağlı Rusiyanın maddi dəstəyinin təhlükəsi barədə İrana siqnallar göndərməyə davam edəcək”.
Smit qeyd edib edib ki, blok İran dronlarının Rusiya tərəfindən getdikcə daha çox istifadə edildiyi barədə məlumatlıdır və prosesi yaxından izləyir.
Azpost.info