Rusiyada keçirilməsi planlaşdırılan Dünya Enerji Konqresi ləğv edildi

2022-ci ilin oktyabrında Sankt-Peterburqda keçirilməsi planlaşdırılan 25-ci Dünya Enerji Konqresi rəsmən ləğv edilib.

Azpost.info xəbər verir ki, bu barədə TASS Dünya Enerji Şurasına istinadən məlumat yayıb. “Biz təsdiq edə bilərik ki, Sankt-Peterburqda keçiriləcək konqres ləğv edilib.

Dünya Enerji Konqresi bu il baş tutmayacaq”, – təşkilatdan bildiriblər. Təşkilat ləğvin səbəbini açıqlamasa da, Sankt-Peterburqdakı forumun rəsmi saytı artıq mövcud deyil.

25-ci Dünya Enerji Konqresi 2022-ci il oktyabrın 24-27-də Sankt-Peterburqda “Expoforum” Konqres və Sərgi Mərkəzində keçirilməli idi. Konqres Dünya Enerji Şurasının 100 illik yubileyinə təsadüf edəcəkdi.

Azpost.info

Əvvəlki məqalə

Tramp Ukraynada baş verənləri soyqırımı adlandırıb

Sonrakı məqalə

Ötən gün ölkədə COVİD-19-a yoluxanların sayı açıqlanıb