Rusiyada kömür mədənində baş vermiş qəzada 52 nəfər həlak olub

25 Noyabr 2021 - 23:52

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın nəticəsində xilasedicilər də daxil olmaqla 52 nəfər həlak olub.

Məlumatı “TASS” agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadla yayıb.

Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub.