Rusiya həbsxanalarında olan 26 mindən çox məhbus 1700 kommersiya təşkilatında məcburi əməyə cəlb olunub.
Azpost.info xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətdən bildirilib.
İşçi qüvvəsinin çatışmazlığı səbəbindən məhkumlar ixtisaslarından asılı olaraq tikinti, yeyinti istehsalı, kənd təsərrüfatı, yüngül sənaye, xidmət, mebel istehsalı, ağac kəsmə və ağac emalı, mənzil-kommunal təsərrüfatı və abadlıq, bərk məişət tullantılarının emalı, mədənçıxarma, maşınqayırma və kimya sahələrində işə cəlb olunurlar.
Azpost.info