Rusiyada müharibə əleyhinə çağırış edən rahibə 5 il həbs cəzası verildi

Rusiyada Hərbi Məhkəmə rahib Nikolay Şatkovskini 5 il müddətinə azadlıqdan məhrum edib.

Azpost.info xəbər verir ki, o, açıq şəkildə terror aktına çağırışda ittiham edilib.

Rahib sosial şəbəkələrdə Ukraynadakı müharibəni tənqid etmişdi.

İş materialları ilə tanış olan “Kommersant” yazır ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, rahib “Teleqram”da “raşistlərin şeytani gücünə qalib gələnlərə Allah xeyir-dua verəcək” çağırışı ilə video yayımlayıb, həmçinin insanları küçə etirazlarına səsləyib.

Azpost.info

Əvvəlki məqalə

Ramzan Kadırov kürəkənini kənd təsərrüfatı naziri təyin etdi

Sonrakı məqalə

ABŞ “Rosneft”in keçmiş vitse-prezidentini sanksiyalar siyahısından çıxarıb