“Rusiyada olan bütün xarici şirkətlərin əmlakını və pulunu müsadirə edəcəyik” –MEDVEDYEV HƏDƏLƏDİ

“Ölkəmizin xaricdəki aktivləri müsadirə olunsa Rusiya qeyri-dost ölkələrə məxsus şirkətlərin əmlaklarını da müsadirə etməli olacaq”.

Azpost.info bildirir ki, bu barədə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Telegram-kanalda yazıb.

Onun sözlərinə görə, düşmən ölkələrin bir yerindən sorub çıxartdıqları BMT Baş Assmableyasının qərarı əsasında  Rusiyanın əmlaklarının oğurlanması barədə akt qəbul edilsə Moskvanın ayrı seçimi qalmayacaq: “Bu ölkələrin özəl sərmayə şirkətlərinin pullarını və əmlakını müsadirə etməli olacağıq. Hərçənd onlar öz hökumətlərində oturan axmaqlara görə cavabdeh deyillər”. 

Medvedyev deyib ki, xoşbəxtlikdən Rusiyada olan belə pulların və aktivlərin dəyəri elə 300 milyard dollardır. “Bu Rusiyadan oğurlananları kompensasiya etməyə kifayət edəcək”.

O bildirib ki, bütövlükdə belə vəziyyət qüssəlidir. “BMT belə qanunsuz qərar qəbul edib”. 

Qeyd edək ki, bazar ertəsi MBT Baş Assambleyası Rusiyanın Ukraynaya vurduğu zərər barədə qətnamə qəbul edib. Sənəd bu ziyanın ödəniməsini təmin edən mexanizmin yaradılmasını vacib sayıb. Qətnaməyə 94 ölkə səs verib, 14 ölkə əleyhinə olub, 73 dövlət bitərəf qalıb.

Rusiyanın BMT-dəki nümayəndəsi Nebznya bildirib ki, bu qətnamə Rusiyanın Qərb ölkələri tərəfindən dondurulmuş aktivlərinin müsadirə olunmasını leqallaşdırmaq məqsədi daşıyır.

Azpost.info

 

 

Əvvəlki məqalə

Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi

Sonrakı məqalə

Azərbaycanlı şagird ABŞ-ın riyaziyyat Olimpiadasında medal qazanıb