Rusiyada rublun devalvasiyası olacaqmı?- AÇIQLAMA

“Rusiyada rublun devalvasiyasını gözləmək lazım deyil, bu, baş verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Nikolay Arefyev bildirib.

“Bu da ondan irəli gəlir ki, ixracatçılarımız metalları, neft və qazı, tədarük etdiyimiz hər şeyi baha satmaq üçün baha dollara maraq göstərir. İstehsal mallarının 75 faizini, ərzaq məhsullarının 28 faizini ölkəmizə idxal edən idxalçılar isə xaricdən mümkün qədər ucuz alıb burada daxildə baha satmaq üçün ucuz dollara maraq göstərirlər”, – Arefyev qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclis İran parlamentinə cavab Bəyanatı qəbul edib

Sonrakı məqalə

“Azneft” dairəsinin bağlanmasına görə avtobusların qrafiki dəyişir