Rusiyada şəhər meri və onun həyat yoldaşı yanğında ölüb

17 Aprel 2020 - 12:08

Rusiyanın Yaroslavl vilayətinin Danilov şəhərinin meri İvan Sveçuşkinin evində yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində mer və onun həyat yoldaşı ölüblər.

Qeyd edək ki, İ. Sveçuşkin 2018-ci ildən Danilov şəhərinin meri olub.