Rusiyada 2010-cu ildən indiyədək baş vermiş terror cinayətlərinin statistikası açıqlanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (FTX) və Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov prezident Vladimir Putinlə görüşündə bildirib.
FTX rəhbəri 2010-cu ildə ölkədə 778 terror cinayətinin baş verdiyini, ötən il isə bu rəqəmin 4 olduğunu vurğulayıb.